Azərbaycanda sağlamlığa qəsdən yüngül zərər vurma ilə bağlı cəzalar ağırlaşdırılır

Azərbaycanda sağlamlığa qəsdən yüngül zərər vurma ilə bağlı cəzalar ağırlaşdırılır
# 04 may 2016 10:18 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin 128-ci maddəsinə (Qəsdən sağlamlığa yüngül zərər vurma) dəyişikliklər təkilf edilib.

Dəyişikliyə görə, sağlamlığın qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma, 500 manatdan 1000 manata qədər cərimə və ya bir ilədək müddətə islah işləri, yaxud bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Hazırda isə bu cəza 300 manata qədər cərimə və ya bir ilədək azadlıqdan məhrum etmədir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 6-da müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR