Berlinin mərkəzi kitabxanasında Azərbaycana aid əlyazmalar və qədim nüsxələr araşdırılacaq

Berlinin mərkəzi kitabxanasında Azərbaycana aid əlyazmalar və qədim nüsxələr  araşdırılacaq
# 26 may 2016 14:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Almaniyada Azərbaycana məxsus əlyazmaları araşdıracaq.

Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Fərid Ələkbərli APA-ya açıqlamasında deyib ki, Berlinin Mərkəzi şəhər kitabxanasında araşdırmalar aparılacaq. Onun sözlərinə görə, Berlinin Mərkəzi şəhər kitabxanasında Azərbaycana məxsus əlyazmalar, o cümlədən Nizami, Füzuli və Nəsiminin əlyazmalarının qədim nüsxələri saxlanılır.

F. Ələkbərli qeyd edib ki, həmin əlyazmaların sürətlərinin Azərbaycana gətirilməsi çox yaxşı olardı. O bildirib ki, indiyə kimi bəzi Avropa ölkələrində əlyazmaların tapılması, siyahılarının hazırlanması və sürətlərinin gətirilməsi istiqamətində müəyyən işlər aparılıb. Avstriya, Vatikan və İtaliyanın bir sıra şəhərlərindən, eləcə də Berlinin İslam İncəsənəti Muzeyində saxlanılan Azərbaycana aid əlyazmalar, muzey ekspanatlarının siyahısı hazırlanaraq bəzi nümunələr ölkəyə gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR