Samux. Azər Məmmədli – APA. Samux rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Könül Əliyeva yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Kəllə-beyin travması alan K. Əliyeva dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.