Azərbaycan millisi Belarusla oynayacaq

Azərbaycan millisi Belarusla oynayacaq
# 25 may 2016 10:33 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yoxlama oyunu üçün rəqiblərindən biri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasına İsraildə hazırlaşan yığmamız Belarusla üz-üzə gələcək.

Keysariyada planlaşdırılan oyun bu gün baş tutacaq. Komandamızın heyətdə yer alan bütün oyunçulara şans verməsi gözlənilir.

Qeyd edək ki, Belarus yığması artıq İsraillə yoxlama matçında gücünü yoxlayıb və 3:1 hesabı ilə qalib gəlib. Azərbaycanlı voleybolçuların da israillilərlə oynaması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR