Yeniyetmə məhkumlar arasında futbol yarışı keçirilib

Yeniyetmə məhkumlar arasında futbol yarışı keçirilib
# 26 may 2016 14:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar xidmətinin və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə qarşıdan gələn 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Tərbiyə müəssisəsində mədəni-kütləvi tədbir keçirilib.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və Penitensiar xidmətin əməkdaşları iştirak ediblər.

Tərbiyə müəssisəsində saxlanılan yetkinlik yaşına çatmamış məhkumların asudə vaxtlarının səmərəli təşkili və idmana maraqlarının artırılması məqsədilə keçirilən tədbir çərçivəsində AFFA-nın yeniyetmə futbolçuları ilə yeniyetmə məhkumlar arasında futbol üzrə yoldaşlıq oyunu təşkil olunub.

Sonda hər iki komandanın üzvlərinə diplom və hədiyyələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR