Tovuzda daha bir körpə yanıq xəsarəti alıb

Tovuzda daha bir körpə yanıq xəsarəti alıb
# 16 yanvar 2016 11:33 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda 10 aylıq körpə yanıq xəsarəti alıb.

APA-nın qərb bürosunun məlumatına görə, rayonun Qovlar şəhər sakini, 2015-ci il təvəllüdlü Amil Rəhman oğlu Əsgərov bədənin 2-ci dərəcəli yanığı xəsarəti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

Məlumata görə, evdə ehtiyatsızlıq nəticəsində 10 aylıq uşağın üzərinə qaynar su tökülüb.

Qeyd edək ki, bu gün Tovuzda daha bir uşaq yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR