Mərkəzi Bank növbəti depozit hərracında 50 mln. manat cəlb etmək niyyətindədir

Mərkəzi Bank növbəti depozit hərracında 50 mln. manat cəlb etmək niyyətindədir
# 08 iyul 2016 14:59 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə üçüncü dəfə depozit hərracı keçirəcək.

"APA-Economics" xəbər verir ki, iyulun 11-də keçiriləcək dolayı depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 30 gün təşkil edir.

"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 4,01%-6,99% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR