Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
# 01 mart 2016 13:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkunu qəbul edib.

QMİ-dən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi əlaqələrin inkişaf səviyyəsindən də razılıq ifadə olunub.

A. Paşazadə QMİ ilə Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başkanlığı arasında əlaqələrin olduqca dəyərli, əhəmiyyətli olduğunu vurğulayıb. O, səfirdən Diyanət İşləri Başkanı Mehmet Görməzə səmimi salamlarını və xeyir-dualarını yetirməyi xahiş edib.

İ. A. Coşkun Azərbaycan xalqının, Qafqazın nüfuzlu, tanınmış, mötəbər şəxsiyyəti kimi səciyyələndirdiyi şeyxülislam Allahşükür Paşazadə ilə səmimi görüş və söhbətlərindən məmnun olduğunu, Azərbaycan və Türkiyə xalqları arasında tarixi dostluq və qardaşlıq, bütün sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR