Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tədbirlər planı hazırlayacaq

Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tədbirlər planı hazırlayacaq
# 29 aprel 2016 11:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq tələblərin tətbiqi üzrə tədbirlər planı hazırlanacaq.

APA-Economics” xəbər verir ki, bu, Azərbaycan prezidentinin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Plana əsasən, Nazirlər Kabineti və Maliyyə Bazarlarına Nəzarət Palatası bu il ərzində tədbirlər planını hazırlayıb başa çatdırmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR