Apreldə ayında Naxçıvanda nağdsız ödənişlərin sayı artıb

Apreldə ayında Naxçıvanda nağdsız ödənişlərin sayı artıb
# 14 may 2016 09:39 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlər 2016-cı ilin aprel ayında artaraq 2 milyon 377 min 32 manat olub. “APA-Economics” xəbər verir ki, burada elektron hesablaşmaların da payı kifayət qədər böyükdür.

Təkcə internet və digər ödəniş sistemləri vasitəsilə aparılan nağdsız ödənişlərin həcmində ötən illə müqayisədə 4 dəfədən çox artım müşahidə edilib və 2016-cı ilin aprel ayına 1 milyon 575 min 829 manat olub. Bu göstərici əhalinin bu sahədə məlumatlarının artdığını deməyə əsas verir. Cari ilin aprel ayı ərzində əldə olunmuş ümumi göstərici ötən illə (1 milyon 407 min 223 manat) müqayisədə 69%-lik artımla müşahidə edilib.

Əhalinin nağdsız hesablaşmalara hər hansı bir müraciəti zamanı çətinlik və çatışmazlıqlarla üzləşilməməsi üçün POS-terminalların Naxçıvan şəhəri və rayonlarda real sektorun bütün sahələrində quraşdırılması davam etdirilir. POS-terminalların sayı cari ilin aprel ayında 1134 ədədə çatıb.

Ödəniş infrastrukturunun əsasını təşkil edən ən vacib ünsürlərdən biri də ödəniş kartlarıdır. 2015-ci ilin aprel ayından bu günə Naxçıvanda fəaliyyət göstərən bank və bank filialları tərəfindən 19 min 375 ədəd ödəniş kartı emissiya edilərək əhalinin istifadəsinə verilib. Eyni zamanda təsərrüfat subyektləri arasında da qeyri-nağd hesablaşmaların mümkünlüyünün təmin olunması məqsədilə muxtar respublikada banklar tərəfindən korporativ kartlar da təklif edilməkdədir. 1 may 2016-cı il tarixə artaraq 230 min 171 ədədə çatan ödəniş kartı sayı muxtar respublikada hər 100 nəfərdən 52-nin ödəniş kartı sahibi olduğunu göstərir.

Hal-hazırda Naxçıvanda özəl sektorda fəaliyyət göstərən işçilərin də əmək haqlarının ödəniş kartı vasitəsilə ödənilməsi prosesinə keçid işləri davam etdirilir. Bütün bu görülən işlərə paralel olaraq nağdsız pul dövriyyəsi muxtar respublikada artmaqda davam edir, lakin mövcud potensial daha yüksək göstəricilərin əldə olunmasına imkan verəcək səviyyədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR