QMİ sədri: “Əfv Komissiyasına daxil olan bütün müraciətlərə baxılır”

QMİ sədri: “Əfv Komissiyasına daxil olan bütün müraciətlərə baxılır”
# 26 may 2016 09:34 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə məhkumların əfvi ilə bağlı edilən müraciətlərdən danışıb.

APA-nın məlumatına görə, Şeyxülislam Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın Amnistiya Aktı təşəbbüsünü humanist addım kimi dəyərləndirərək bildirib ki, üzv olduğu Əfv Komissiyasına da çoxsaylı müraciət daxil olur. QMİ sədri qeyd edib ki, hazırda onun da iştirakı müraciətlərə baxılır: "Müraciətlərin çoxu ilə mən də tanış olmuşam, araşdırmışam. Əksəriyyəti həbsxanada onun üçün asan keçmədiyini, ailəsinin, övladlarının onsuz çətinlik çəkdiyini yazır və əfv istəyir. Amma çox yaxşı olardı ki onlar bunu cinayət törədərkən düşünəydilər. Bütün bunlara baxmayaraq, komissiya o müraciətlərin hamısına baxır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR