İraqda İŞİD silahlıları futbol azarkeşlərinə hücum edib, 14 nəfər ölüb, 20 nəfər yaralanıb

İraqda İŞİD silahlıları futbol azarkeşlərinə hücum edib, 14 nəfər ölüb, 20 nəfər yaralanıb
# 13 may 2016 20:25 (UTC +04:00)

Bakı-APA. İŞİD terrorçuları İraqın paytaxtı Bağdadda fəaliyyət göstərən “Real”ın azarkeş mərkəzinə hücum edib.

Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Bildirilib ki, hadisə bir qrup tərəfdarın mərkəzə toplaşaraq komandanın keçmiş oyunlarına baxdığı zaman baş verib.

İnsident zamanı məkanda 50-yə yaxın azarkeş olub. Hücum edənlərin sayı isə 3 nəfər olub. Terrorçular məkana daxil olaraq hər tərəfə yaylım atəşi açıblar.

Nəticədə, 14 nəfər ölüb, 20-yə yaxın insan isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR