Azərbaycan millisi Andorra ilə qarşılaşacaq

Azərbaycan millisi Andorra ilə qarşılaşacaq
# 29 aprel 2016 15:46 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin yoxlama oyunlarındakı daha bir rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mayın 23-dən iyunun 4-dək Avstriyada təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində yığmamızın 3-cü rəqibi də bəlli olub.

Robert Prosineçkinin yetirmələri mayın 26-da Andorra yığması ilə qarşılaşacaq. Bu, komandamızın toplanışda keçirəcəyi ilk matç olacaq.

Xatırladaq ki, komandamız hazırlıq prosesi çərçivəsində mayın 29-da Makedoniya, iyunun 3-də isə Kanada yığması ilə yoldaşlıq oyununda da qüvvəsini sınayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR