“Azercell”in dəstəyi ilə “Yolumuz Qarabağadır” şüarı altında veloyürüş keçirilib

 “Azercell”in dəstəyi ilə “Yolumuz Qarabağadır” şüarı altında veloyürüş keçirilib
# 17 may 2016 16:55 (UTC +04:00)

Bakı – APA-Economics. 13, 14 və 15 may tarixlərində azərbaycanlı gənclər velosipedlə Bakıdan Qarabağadək veloyürüş keçiriblər və 320 km məsafə qət ediblər. “Yolumuz Qarabağadır” şüarı altında keçirilən marafon “Azercell Telekom” MMC-nin dəstəyi ilə baş tutub.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Adil Məmmədli, Rüfət Nəcəfov, Ramin Namazlı, Ağabala Nəcəfov üç gün ərzində paytaxtdan Füzuli rayonunadək məsafəni velosipedlə qət ediblər. Onların arasında qaydasız döyüş üzrə birqat dünya, ikiqat Azərbaycan çempionu Cəmil İbrahimov da olub. 5 həvəskar velosipedçi marafonun ilk günündə Ələt, Hacıqabul, Şirvan, Sabirabadı keçməklə Saatlı rayonuna çatıblar.

Velosipedçilər gün ərzində cəmi bir neçə saat yatmaq şərti ilə üçüncü gün İmişli və Beyləqanı da arxada qoyaraq Qarabağa - Füzuliyə çatıblar.

“Sevindirici haldır ki, Azərbaycanın bölgələrində yerli əhali tərəfindən marafona böyük maraq və diqqət göstərilib. Velosipedçilərin getdiyi hər rayonda yerli sakinlər marafonçulara qoşulublar, veloyürüşün müəyyən hissəsində iştirak ediblər. Eyni zamanda velosipedçilərimiz həmin ərazilərdə olan “Azercell Ekspres” ofislərinə də baş çəkiblər”, - deyə məlumatda vurğulanıb.

“Yolumuz Qarabağadır” marafonunun məqsədi sağlam həyat tərzini təşviq etmək, gənclər arasında vətənpərvərlik hissinin daha da yüksəlməsinə töhfə verməkdən ibarət olub.

“Azercell”in dəstəyi ilə baş tutan marafon iştirakçıları pulsuz rabitə və sürətli mobil internetlə təmin olunublar: “Bu səbəbdən gənclərin yürüş zamanı operativ şəkildə video görüntü və şəkillərlə paylaşmaları mümkün olub. Velosipedçilər “Yolumuz Qarabağadır” marafonuna həsr olunmuş “Facebook” səhifəsində və digər sosial şəbəkələrdə keçdikləri hər rayonda maraqlı məqamları əks etdirən foto və video materiallar paylaşıblar. Hətta istirahət saatlarında velosipedçilər “Azercell”in Bookmate əlavəsinin köməyi ilə kitab oxumağa da vaxt tapıblar”.

Qeyd edək ki, marafon iştirakçıları peşəkar idmançılar deyil. Onlar özlərinə məxsus sadə model velosipedlərlə yürüşə çıxıblar və qarşıya qoyulan məqsədə nail olmağı bacarıblar.

Xatırladaq ki, marafona rəhbərlik edən Adil Məmmədli və Rüfət Nəcəfov bundan əvvəl “Azercell”in dəstəyi ilə baş tutan “Siqaretsiz həyat daha gözəldir” aksiyasında iştirak ediblər. Bu aksiya çərçivəsində onlar bir dəfə qaçaraq Bakıdan şimal, ikinci dəfə cənub sərhədinə qədər məsafə qət ediblər.

“Azercell Telekom” MMC bundan sonra da sağlam həyat tərzini təbliğ edən və vətənpərvərlik ruhunun yüksəlməsinə yönələn marafon və aksiyalara dəstək olacaq.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR