Himalayda 17 il əvvəl ölmüş alpinistin və operatorun cəsədlərinin qalıqları tapılıb

Himalayda 17 il əvvəl ölmüş alpinistin və operatorun cəsədlərinin qalıqları tapılıb
# 02 may 2016 12:06 (UTC +04:00)

Bakı - APA. Himalay dağlarında 17 il əvvəl qar uçqunu altında qalmış alpinist Aleks Love və operator Devid Bridcesin cəsədlərinin qalıqları tapılıb.

APA-nın məlumatına görə, bu barədə “The Guardian” xəbər yayıb. Meyitlərin qalıqlarını Şişabanqma zirbəsinə qalxan 2 alpinist aşkar edib. Onlar qalıqları götürə bilməsələr də, şəkillərini çəkiblər və ölmüş alpinistin həyat yoldaşı Cenifer Loveyə zəng ediblər. C. Love deyib ki, alpinistlərin təsvir etdiyi əlamətlərdən sonra ölənlərin həyat yoldaşı və onun dostu olmasına heç bir şübhəsi qalmayıb.

Qeyd edək ki, Aleks Love dünyanın ən yaxşı alpinistlərindən hesab edilib. O, 1999-cu ildə 40 yaşında operator Devid Bridces ilə dünyanın 14-cü hündür zirvəsi olan Şişabanqmaya qalxarkən həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR