Şəmkirdə intihara cəhdin qarşısı alınıb

Şəmkirdə intihara cəhdin qarşısı alınıb
# 22 aprel 2016 12:24 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Şəmkirdə intihara cəhd olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir şəhərində bir nəfərin intihar etmək məqsədi ilə üçmərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub, aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR