Sahib Məmmədov: “Dörd xarici təşkilat Azərbaycana qarşı təbliğat üçün Avropa və ABŞ-dan külli miqdarda pul alıb”

Sahib Məmmədov: “Dörd xarici təşkilat Azərbaycana qarşı təbliğat üçün Avropa və ABŞ-dan külli miqdarda pul alıb”
# 13 may 2016 11:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Dörd xarici təşkilat bir il ərzində anti-Azərbaycan təbliğatı üçün Avropa və ABŞ strukturlarından 25 milyon dollardan çox pul alıb”.

APA-nın məlumatına görə, bunu İnsan Hüquqları üzrə Birgə Qrupun üzvlərinin bu gün keçirdikləri mətbuat konfransında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

S. Məmmədov həmin təşkilatların “Front Line Defenders”, "People in Need" (PİN), Norveç İnsan Hüquqları Evi və Polşanın Helsinki Fondu olduğunu açıqlayıb: “Həmin pullar Azərbaycana göndərilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR