100 ölkənin FİFA prezidentliyinə namizədi açıqlanıb

100 ölkənin FİFA prezidentliyinə namizədi açıqlanıb
# 26 fevral 2016 10:13 (UTC +04:00)

Bakı - APA. Bu gün FİFA-nın yeni prezidenti seçiləcək. Apasport.az saytının məlumatına görə, bu posta 3 namizəd var.

Bunlar Canni İnfantono, Şeyx Salman bin İbrahim Əl-Xəlifə və Əli-Bin Əl-Hüseyindi. Hansı ölkənin kimə səs verdiyi də artıq məlum olub. İspaniya KİV-də yayılan məlumata görə, 209 ölkədən 161-i səsvermədə iştirak edib. Onlardan 100-ü namizədini açıqlasa da, 61 ölkə bunu gizli saxlayıb. 48 ölkə isə səsvermədə iştirak etməyib.

Canni İnfantinonun FİFA-ya yeni prezident seçilməsi ehtimalı yüksək göstərilir. Çünki 100 ölkədən 68-i bu postda onu görmək istəyir. İnfantinonu dəstəkləyənlər arasında Azərbaycan da var.

Maraqlıdı ki, səs verməyən ölkələrdən biri də Türkiyədi.

Canni İnfantino (68 səs):

Avropa (46 səs): Albaniya, Almaniya, Andorra, İngiltərə, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kipr, Xorvatiya, Danimarka, Şotlandiya, İspaniya, Estoniya, Ermənistan, Farer adaları, Finlandiya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Makedoniya, Moldova, Monteneqro, Norveç, Hollandiya, Polşa, Portuqaliya, İrlandiya, Rumıniya, Rusiya, San Marino, Serbiya, Slovakiya, Sloveniya, İsveç, İsveçrə, Ukrayna.

Cənubi Amerika (10 səs): Argentina, Boliviya, Braziliya, Çili, Kolumbiya, Ekvador, Paraqvay, Peru, Uruqvay, Venesuela.

Mərkəzi Amerika və Karib körfəzi (11 səs): Beliz, Kosta-Rika, Qrenada, Qvatemala, Honduras, Montserrat, Nikaraqua, Panama, Salvador, Surinam, Trinidad və Tobaqo.

Afrika (1 səs): Sudan.

Şeyx Salman bin İbrahim Əl-Xəlifə (28 səs):

Afrika (16 səs): Anqola, Benin, Burkina Faso, Konqo, Fil Dişi Sahili, Qana, Ekvatorial Qvineya, Qvineya Bissau, Keniya, Mali, Mavriki, Niger, Nigeriya, Seneqal, Tanzaniya, Toqo.

Asiya (12 səs): Səudiyyə Ərəbistanı, Bəhreyn, Banqladeş, Bruney, Quam, Hindistan, Malayziya, Maldiv adaları, Nepal, Pakistan, Şri-Lanka, Suriya.

Əli-Bin Əl-Hüseyin (4 səs):

Asiya (3 səs): İraq, İordaniya, Fələstin.

Karib körfəzi (1 səs): Puerto-Riko.

Gizli saxlayanlar (61 ölkə):

Afrika (24 ölkə): Cənubi Afrika Respublikası, Əlcəzair, Botsvana, Kamerun, Komor adaları, Misir, Efiopiya, Qabon, Lesoto, Madaqaskar, Malavi, Mərakeş, Mozambik, Namibiya, Uqanda, Konqo Demokratik Respublikası, Mərkəzi Afrika Respublikası, Ruanda, San Tome və Prinsipi, Svazilend, Çad, Tunis, Zambiya, Zimbabve.

Asiya (19 ölkə) və Okeaniya (4 ölkə): Əfqanıstan, Avstraliya, Birma, Kamboca, Şimali Koreya Demokratik Respublikası, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Fici, Honq-Konq, Salomon adaları, İran, Yaponiya, Qırğızıstan, Livan, Yeni Kaledoniya, Yeni Zelandiya, Oman, Filippin, Qətər, Tayvan, Tailand, Türkmənistan, Vyetnam.

Şimali Amerika, Mərkəzi Amerika və Karib körfəzi (9 ölkə): Anqola, Barbados, Kanada, Kuba, ABŞ, ABŞ-ın Virgin adaları, Yamayka, Meksika, Dominikan Respublikası.

Avropa (5 ölkə): Şimali İrlandiya, İsrail, Qazaxıstan, Uels, Çexiya.

İştirak etməyənlər (48 ölkə):

Antiqua və Barbuda, Aruba, Baham adaları, Bermud adaları, Butan, Burundi, Kayman adaları, Kabo Verde, Kuk adaları, Kurasao, Cibuti, Dominikan, Eritrea, Qambiya, Qvineya, Qayana, Haiti, Britaniyanın Virgin adaları, İndoneziya, Küveyt, Laos, Liberiya, Liviya, Makao, Malta, Mavritaniya, Monqolustan, Özbəkistan, Yeni Qvineya, Çin, Sent-Lüsiya, Sent-Kits, Sent Vinsent və Qrenadin, Samoa, Amerika Samoası, Seyşell adaları, Syerra-Leone, Sinqapur, Somali, Sudan, Tacikistan, Taiti, Şərqi Timor, Tonqa, Törks və Kaykos adalası, Türkiyə, Vanuatu, Yəmən.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR