Azərbaycan vokalçısı Rusiyada beynəlxalq müzikl müsabiqəsinin laureatı adına layiq görülüb

Azərbaycan vokalçısı Rusiyada beynəlxalq müzikl müsabiqəsinin laureatı adına layiq görülüb
# 22 may 2016 03:16 (UTC +04:00)

Bakı-APA. Azərbaycan, Belarus və Rusiyadan olan vokalçılar Yekaterinburq şəhərində (Rusiya) keçirilən SSRİ xalq artisti Vladimir Kuroçkin adına operetta və müzikl gənc artistlərinin VI Beynəlxalq müsabiqəsinin laureatları olublar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu ilki müsabiqəyə Rusiya, Azərbaycan, Belarus və Ukraynadan 90 iştirakçı qatılıb. Bunun müsabiqənin tarixində rekord göstərici olduğu qeyd olunub.

Məlumata görə, “Operetta” nominasiyasında birinci dərəcəli laureat adına Rusiya təmsilçiləri Roman Vokuyev və Anastasiya Yermolayeva, ikinci dərəcəli laureat adına rusiyalı Yaroslava Prokovyeva və belarus Sergey Sutko layiq görülüblər.

Azərbaycanı təmsil edən Aydan Həsənova və rusiyalı Vyaçeslav Sobolev isə SSRİ xalq artisti Vladimir Kuroçkin adına operetta və müzikl VI Beynəlxalq müsabiqəsinin “Operetta” nominasiyasında üçüncü dərəcəli laureatı adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR