Nardaran sakinləri silahlarını təhvil veriblər

Nardaran sakinləri silahlarını təhvil veriblər
# 23 aprel 2016 10:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Nardaran sakinləri silahlarını təhvil veriblər.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunun Nardaran qəsəbə sakinləri Nəsimi Aslanov “AKM” markalı silahı, patron darağını və 10 ədəd patronu, əvvəllər məhkum olunmuş Zakir Qasımov isə müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR