I sinfə qəbulla bağlı alternativ sənəd qəbulu komissiyaları yaradılıb

I sinfə qəbulla bağlı alternativ sənəd qəbulu komissiyaları yaradılıb
# 01 mart 2016 09:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil nazirinin müvafiq əmrinə əsasən 2016-2017-ci dərs ili üçün Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu ilə bağlı alternativ sənəd qəbulu komissiyaları təşkil olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, alternativ sənəd qəbulu komissiyaları Nəsimi rayonu - 16 THL, Səbail rayonu - 7, Nizami rayonu - 238, Yasamal rayonu - 18, Nərimanov rayonu - 47, Xətai rayonu - 194, Sabunçu rayonu - 96, Suraxanı rayonu - 114, Qaradağ rayonu - 139, Xəzər rayonu - 26, Pirallahı rayonu - 235, Binəqədi rayonu - 276 nömrəli məktəblərdə aparılacaq.

Diplomatik pasportla qeydiyyat ancaq BŞTİ tərəfindən aparılır. Xarici ölkə vətəndaşının qeydiyyatı Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün Miqrasiya xidmətindən aldığı icazə vəsiqəsi əsasında aparılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən istifadəçilər üçün 2016-2017-ci tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə şagird qəbulu barədə video təlimat hazırlanıb. Eyni zamanda, BŞTİ-nin rəsmi Facebook səhifəsində bu həftə ərzində I sinfə qəbulla bağlı suallar cavablandırılacaq.

Qeyd edək ki, bu gündən etibarən Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən 2016-2017-ci dərs ili üçün Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarının I sinfinə şagird qəbulu başlayıb. Uşaqların I sinfə qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin sistemdə qeydiyyatı bu gündən başlayaraq sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR