Koreya Azərbaycandakı səfiri BDU-da olub

Koreya Azərbaycandakı səfiri BDU-da olub
# 03 mart 2016 11:33 (UTC +04:00)

Bakı-APA. Koreyanın Azərbaycana yeni təyin olunmuş səfiri Kim Çanq-gyu Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya bildirilib ki, öncə şərqşünaslıq fakültəsinin Koreya dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələrə mühazirə oxuyan səfir sonra rektor, akademik Abel Məhərrəmovla görüşüb. Səfirə fəaliyyətində uğurlar arzulayan rektor universitetin tarixi, beynəlxalq əlaqələri, birlik və assosiasiyalardakı işindən danışıb. Universitetdə Koreya dili və ədəbiyyatının yüksək səviyyədə tədris edildiyini deyən rektor, bu işdə Koreyadan dəvət olunmuş müəllimlərlə yanaşı, yerli müəllimlərin xidmətini qeyd edib, Kim Çanq-gyunun bu əməkdaşlığın daha da inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib. Rektor həmçinin universitetin Koreya Mərkəzinin fəaliyyətindən danışıb və onun Azərbaycanla Koreya arasında körpü rolunu oynadığını qeyd edib.


Səfir Kim Çanq-Gyu, öz növbəsində, Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edib və əməkdaşlığın inkişafı üçün bütün mümkün vasitələrdən istifadə edəcəyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR