Brent nefti apreldə 22% bahalaşıb

Brent nefti apreldə 22% bahalaşıb
# 29 aprel 2016 15:01 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,40 dollar artaraq 46,43 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,05 dollar artaraq 48,19 dollar olub.

Qeyd edək ki, neftin bahalaşmasına səbəb ABŞ-da hasilatın azalmasıdır. Belə ki, ABŞ-ın Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, ölkədə gündəlik neft hasilatı 15 min barrel azalaraq 8,94 mln. barrelə çatıb. Bu göstərici dalbadal 7 həftədir azalma nümayiş etdirir.

Yeri gəlmişkən, Brent markalı neft aprelin ayının əvvəlindən 22%, WTI markalı neft isə 21% bahalaşıb. Bu, 2015-ci ilin aprel ayından etibarən ay ərzində rekord artımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR