KİV: Bəşər Əsəd ailəsini İrana göndərməkdən imtina edib

KİV: Bəşər Əsəd ailəsini İrana göndərməkdən imtina edib
# 23 aprel 2016 17:34 (UTC +04:00)

Bakı - APA. Suriya prezidenti Bəşər Əsəd öz ailəsini İrana göndərməkdən imtina edib. APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Livanın "Al-Mayadin" telekanalı xəbər verir.

Telekanalın məlumatına əsasən, belə bir təkliflə iranlı general Qasım Süleymani çıxış edib.

Generalın sözlərinə görə, Suriya prezidentinin ailəsi daha təhlükəsiz yerdə olduğu halda, o ölkəsini daha rahat idarə edə bilər.

Rəsmi Dəməşq məsələyə hələlik münasibət bildirməyib.

Xatırladaq ki, bundan öncə B. Əsəd dəfələrlə bildirib ki, ölkəsini tərk etmək niyyəytində deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR