Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Naftalana infotur təşkil olunub

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Naftalana infotur təşkil olunub
# 09 noyabr 2015 07:37 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Media nümayəndələrinin Naftalana infoturu təşkil olunub. APA-nın məlumatına görə, səfər Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və “Naftalan Hotel by Rixos” Sağlamlıq və İstirahət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

İnfoturun məqsədi Naftalan şəhərinin turizm potensialını tanıtmaq və təbliğ etməkdən ibarət olub.

Tədbir iştirakçıları “Naftalan Hotel by Rixos” Sağlamlıq və İstirahət Mərkəzi ilə tanış olub, onlara Naftalan nefti ilə həyata keçirilən müalicə üsulları, onun müxtəlif xəstəliklərin müalicəsində əhəmiyyəti haqqında məlumat verilib.

İnfotur çərçivəsində bir neçə təqdimat keçirilib, Naftalan şəhərinin turizm potensialı, mədəni həyatı, mövcud infrastrukturu ilə tanışlıq təşkil olunub.

Jurnalistlərin iştirakı ilə keçirilən dəyirmi masada Azərbaycanda sağlamlıq turizminin hazırkı vəziyyəti və problemləri ətrafında fikir mübadiləsi aparılıb, bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verilib.

Səfərdə media nümayəndələri Mədəniyyət və Turizm Nazirliyinin diplomu ilə təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR