Venesuelada silahlılar 4-ü uşaq olmaqla, 12 nəfəri qətlə yetiriblər

Venesuelada silahlılar 4-ü uşaq olmaqla, 12 nəfəri qətlə yetiriblər
# 29 may 2016 04:59 (UTC +04:00)

Bakı-APA. Venesuelanın Truxilyo ştatının Andres-Belyo qəsəbəsində silahlı şəxslər 4-ü uşaq olmaqla, 12 nəfəri küçənin ortasında qətlə yetiriblər. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, polis əməkdaşları hazırda motosiklet və avtomobillərlə hərəkət edən silahlıların müəyyən edilərək saxlanılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirir.

Polis insidentdə səbəb kimi iki cinayətkar dəstə arasında ədavətin olmasını istisna etmir. Belə ki, qətlə yetirilən şəxslərdən iki nəfər barəsində qətllərə görə axtarış elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR