Həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşünün vaxtı məlum olub

Həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşünün vaxtı məlum olub
# 26 may 2016 14:59 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsədrləri arasında görüşün vaxtı məlum olub.

Bu barədə APA-ya ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Görüş mayın 31-də Brüsseldə baş tutacaq.

O bildirib ki, həmsədrlər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla isə iyunun 2-də Parisdə görüşəcəklər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR