Zaqatalada 5 otaqlı ev yanıb

Zaqatalada 5 otaqlı ev yanıb
# 21 aprel 2016 22:20 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada fərdi yaşayış evi yanıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, aprelin 21-i axşam saat 22:18 radələrində rayonun Muxax kəndində, kənd sakini Akif Məmmədyar oğlu Abdullayevə məxsus, ümumi sahəsi 216 kv/m olan 5 otaqlı fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və içərisində olan bir çox ev əşyaları yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

Qeyd edək ki, yanan evin sahibi Akif Abdullayev Muxax kənd bələdiyyəsinin keçmiş sədridir.

Akif Abdullayev aprel ayının əvvəlində öz ərizəsi ilə işdən azad olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR