Referendum üzrə təşviqat qrupunun qeydiyyatı üçün sənədlərin təqdim edilməsinə ayrılan müddət bu gün başa çatır

Referendum üzrə təşviqat qrupunun qeydiyyatı üçün sənədlərin təqdim edilməsinə ayrılan müddət bu gün başa çatır
# 22 avqust 2016 07:03 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan referendum sənədlərinin müvafiq seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçülərinin səlahiyyətli nümayəndəsi səsvermə gününə azı 35 gün qalanadək saat 18.00-dək referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan referendum sənədlərini müvafiq seçki komissiyasına təqdim etməlidir.

Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar bu müddət bu gün saat 18:00-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR