Tovuzda 10 yaşlı oğlanı ilan sancıb

Tovuzda 10 yaşlı oğlanı ilan sancıb
# 30 may 2016 07:57 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuz rayonunda ilan sancma hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Düz Qırıqlı kənd sakini, 2006-cı il təvəllüdlü Aydın Əliyev ilan sancma diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Əl barmağını ilan sancan 10 yaşlı oğlana dərhal tibbi yardım göstərilib və ona ilan zəhəri əleyhinə zərdab vurulub. Məlumata görə, A. Əliyev həyətyanı sahələrində təsərrüfatda işləyərkən ilan onu sancıb.

Rayonun Əlibəyli kənd sakini 2009-cu il təvəllüdlü Elvin Vüqar oğlu Məmmədovu isə naməlum həşərat sancıb. O xəstəxanaya gətirilib və ona da tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR