MTRŞ: Radioların səhər proqramlarında efir mədəniyyətinə zidd hallara yol verilir

MTRŞ: Radioların səhər proqramlarında efir mədəniyyətinə zidd hallara yol verilir
# 11 may 2016 11:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Yerli radioların efirində aktual problemlər sırasında, xüsusilə səhər proqramlarında canlı yayım zamanı bəzən efir mədəniyyətinə zidd hallara, mövzulara, müzakirələrə yer verilməsi özünü göstərir. Bu aspektdən aparıcıların ümumi dünyagörüşü, xalqımızın tarixi, maddi və mənəvi dəyər və sərvətləri, ölkəmizin coğrafiyası ilə bağlı informasiyasızlığı da qeyd oluna bilər”.

Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, “Televiziya və radio yayımı haqqında” qanuna əsasən yayım proqramlarında maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməli, proqramların tarazlaşdırılması yolu ilə efirin eyni tipli verilişlərlə yüklənməsinin qarşısı alınmalıdır: “Bu gün dövlət büdcəsindən maliyyələşən radio yayımçılarının proqram səbətində maarifləndirici, informasiya və əyləncə xarakterli efir materiallarının təxmini balansı qorunsa da, özəl radioların efiri üçün bunu söyləmək çətindir”.

Şöbə müdiri qeyd edib ki, özəl radiolarda daha çox musiqili, əyləncəli layihələr və adətən hər saatın əvvəlində verilən xəbər buraxılışları üstünlük təşkil edir: “Bununla belə, bəzən özəl radioların efirində də maarifləndirici verilişlərə rast gəlinir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR