DTX-nin Nardaranda bölməsi açılıb

DTX-nin Nardaranda bölməsi açılıb
# 16 may 2016 15:14 (UTC +04:00)

Bakı-APA. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Sabunçu rayon idarəsinin Nardaran bölməsinin yeni inzibati binası istifadəyə verilib.

APA-nın DTX-nin saytına istinadən verdiyi xəbərə görə, müasir tələblərə cavab verən inzibati binasında yaradılan iş şəraiti və maddi-texniki baza müasir standartlar səviyyəsindədir.

“Xalqımızın və dövlətçiliyimizin təhlükəsizliyinin təminatı istiqamətində qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün bütün imkanlar mövcuddur” – deyə, məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR