Türkmənistan sahillərində tapılmış meyit Azərbaycana gətirilib - YENİLƏNİB

Türkmənistan sahillərində tapılmış meyit Azərbaycana gətirilib - <span style="color: red;">YENİLƏNİB
# 22 aprel 2016 15:11 (UTC +04:00)

Bakı - APA. Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyit Vətənə gətirilib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 18-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış və ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən birinin olduğu ehtimal edilən meyitin tanınması və Vətənə gətirilməsi üçün aprelin 22-də Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.

Təyyarə aprelin 22-də geri dönüb və meyit aidiyyəti üzrə təhvil verilib.​

***

saat 11.21

Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi tapılmış meyitin gətirilməsi üçün Türkmənistana yola düşüb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 18-də Xəzər dənizinin Türkmənistan sahillərində meyiti tapılıb.

Meyiti tapılmış şəxsin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

Bununla əlaqədar, meyitin tanınması və Vətənə gətirilməsi üçün bu gün FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR