Xələf Xələfov: “Ermənistan sülhə vadar edilməsə, münaqişənin danışıqlarla həlli mümkün deyil”

Xələf Xələfov: “Ermənistan sülhə vadar edilməsə, münaqişənin danışıqlarla həlli mümkün deyil”
# 13 may 2016 12:37 (UTC +04:00)

Bakı. Ramiz Mikyaıloğlu-APA. “Azərbaycan siyasi-diplomatik fəaliyyətində beynəlxalq hüququn normalarından yararlanır”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda keçirilən dinləmələr zamanı xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. O deyib ki, “Dağlıq Qarabağ Respublikasının Silahlı Qüvvələri” yoxdur: “Bu anlayışı Ermənistan və havadarları yaratmağa çalışırlar. Azərbaycan torpaqlarını azad etmək üçün bütün imkanlara, hüquqa malikdir. Beynəlxalq birlik münaqişənin sülh yolu ilə həllindən başqa alternativi olmadığını bəyan edir. Azərbaycan da münaqişənin sülh yolu ilə həllinə üstünlük verir. Acı təcrübə göstərir i, biz bu səyləri artırmalıyıq və beynəlxalq birliyi Ermənistanı sülhə vadar etməyə nail olmalıyıq. Ermənistan buna vadar edilməsə, məsələnin sülh yolu ilə həlli mümkün deyil. Azərbaycanın gərgin fəaliyyəti nəticəsində beynəlxalq ictimaiyyət bunu dərk edir. Azərbaycan xalqı “nə müharibə, nə sülh” şəraitində yaşamaq istəmir. İqtisadi uğurlarımız və ordu quruculuğumuzun bu münaqişənin həllinə imkan verəcəyinə inanırıq. Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək”.

X. Xəlfov QHT-lərin fəaliyyətinə də toxunub: “Paradoksal hal yaranıb, bizim QHT beynəlxalq təşkilatlara ancaq mənfi halları təqdim edir. QHT bu prosesdə proqressiv mövqe ortaya qoymalıdır. Xarici İşlər Nazirliyi kimi beynəlxalq təşkilatlarla və QHT-lə dialoq qurmağa çalışırıq. Azərbaycan cəmiyyəti beynəlxalq birliyə nə qədər çox inteqrasiya edərsə, bu, dövlətimizin gücünü daha çox artırar”.


X. Xələfov təcavüz faktına görə cinayət işinin başlanması ilə bağlı müddəanın Cinayət Məcəlləsində əksini tapmasını da zəruri sayıb: “Azərbaycanın qələbəsinin yaxın vaxtlarda olacağına inanıram”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR