İtaliyada yaşayış binasında partlayış olub, ölən və yaralananlar var

İtaliyada yaşayış binasında partlayış olub, ölən və yaralananlar var
# 06 iyul 2016 23:38 (UTC +04:00)

Bakı-APA. İtaliyanın cənubunda Lavello şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində 3 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin versiyaya əsasən, partlayışa səbəb qaz sızması olub.

Hadisə zamanı Lavello şəhərinin tarixi mərkəzində yerləşən binanın damı uçub. Biri uşaq olmaqla iki yaralı xəstəxanaya çatdırılıb.

Hazırda hadisə yerində xilasedicilər və polis işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR