Devid Kemeron: “Azərbaycanın enerji resursları dünya iqtisadiyyatında böyük rol oynayır”

Devid Kemeron: “Azərbaycanın enerji resursları dünya iqtisadiyyatında böyük rol oynayır”
# 01 iyun 2016 08:02 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycanın enerji resursları Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində böyük rol oynamada davam edir”.

APA-nın məlumatına görə, bu, Böyük Britaniyanın baş naziri Devid Kemeronun Bakıda keçirilən 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı ilə bağlı təbrik məktubunda yer alıb. D. Kemeron Azərbaycanı Cənub Qaz Dəhlizində oynayacağı rolla bağlı təbrik edib: “Mən sevinirəm ki, bp və Böyük Britaniya, bir sıra şirkətlər layihənin inkişafına öz töhfəsini verəcək. Bütün tərəfdaşlara bir daha uğurlar arzulayıram. Sərginin uğur qazanacağına inanıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR