Binəqədi İcra Hakimiyyəti: Şəhid atasının təhqir olunması barədə məlumatlar əsassızdır

Binəqədi İcra Hakimiyyəti: Şəhid atasının təhqir olunması barədə məlumatlar əsassızdır
# 11 may 2016 13:14 (UTC +04:00)

Bakı-APA. “Son zamanlar bir sıra elektron kütləvi informasiya vasitələrində şəhid atası Səfərov Məmmədəli Yusif oğlunun Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qəbulu zamanı guya təhqir edilməsi, ona biganə münasibət göstərilməsi barədə məlumatlar yayılır və sosial şəbəkələrdə paylaşılır”.

Bu barədə APA-ya Binəqədi rayon İcra Hakimiyyətindən daxil olan məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, İH tərəfindən vətəndaşlar “Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq qəbul edilir, o cümlədən şəhid ailələrinə xüsusi həssaslıqla yanaşılır, onların problemləri öyrənilir və daim diqqət mərkəzində saxlanılır: “Şəhid atası Səfərov Məmmədəli Yusif oğlunun Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən təhqir olunması həqiqəti özündə əks etdirmir. Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə vətəndaş arasında qeyd olunan hal baş verməyib. Bu cür təsdiq edilməmiş informasiyaların yazılması və paylaşılması Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən dövlət qurumlarına qarşı qərəzli hal kimi qiymətləndirilir.

Vətəndaş M.Səfərovun mənzillə növbədənkənar təmin edilməsi ilə əlaqədar bir daha bildirilir ki, o, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsi”nin 51-ci maddəsinə və “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6. bəndinə əsasən, güzəştli əsaslarla Binəqədi rayon İcra Hakimiyyəti başçısının 13 mart 2015-ci il tarixli, 58 saylı sərəncamı ilə mənzilə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməklə mənzil növbəsində olan şəxslərin elektron reyestrinə daxil edilib”.

Qeyd olunub ki, güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş şəxslərin (şəhid ailələrinin və Qarabağ ailələrinin) mənzillə təmin olunması müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR