DSX-nin əsgəri silahdan açılan təsadüfi atəş nəticəsində vəfat edib

DSX-nin əsgəri silahdan açılan təsadüfi atəş nəticəsində vəfat edib
# 18 dekabr 2015 07:34 (UTC +04:00)

Bakı-APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonu ərazisindəki sərhəd zastavasında əsgər ölümü baş verib.

DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 16-da qeydə alınıb.

2014-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgər Yusifov Elnur Şövkət oğlu saat 15:45 radələrində silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində ona təhkim olunmuş avtomat silahdan açılan təsadüfi atəş nəticəsində vəfat edib.

Fakt üzrə DSX və Respublika Hərbi Prokurorluğu tərəfindən birgə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR