Bakıda qadına qarşı soyğunçuluq edən Qırğızıstan vətəndaşına hökm oxunub

Bakıda qadına qarşı soyğunçuluq edən Qırğızıstan vətəndaşına hökm oxunub
# 03 may 2016 12:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən İsraill Aşurovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə İ. Aşurov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il oktyabrın 28-də paytaxtın Nizami rayonunda naməlum şəxs Bakı şəhər sakini Gülnarə Quliyevaya zor tətbiq edib, içərisində 60 manat, mobil telefon və digər əşyaları olan çantasını alıb hadisə yerini tərk etməyə cəhd göstərərkən Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutularaq 24-cü Polis Bölməsinə təhvil verilib. Araşdırmalar zamanı onun Qırğızıstan vətəndaşı İsrail Aşurov olması müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR