İran gündəlik neft ixracını 2,3 milyon barelə çatdırıb

İran gündəlik neft ixracını 2,3 milyon barelə çatdırıb
# 01 may 2016 23:56 (UTC +04:00)

Bakı-APA. İran gündəlik neft ixracını 2,3 milyon barelə çatdırıb.

APA-nın TASS agentliiynə istinadən verdiyi məlumata görə, bunu ölkə prezidenti Həsən Ruhani bəyan edib.

“Biz artıq gündəlik neft ixracını sutkada 2,3 milyon barelə çatdırmışıq. Bu, “altılıq” ölkələri ilə nüvə sazişinə dair Hərtərəfli Hərəkət Planının reallaşdırılmasından sonra mümkün olub”, deyə H.Ruhani bildirib.

Qeyd edək ki, əvvəllər İrana qarşı tətbiq olunan sanksiyalarla əlaqədar İrana sutkada 1 milyon barel neft ixrac etməyə icazə verilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR