Zərif: “Avropa İttifaqının Tehranda ofisinin açılması üçün danışıqlar gedir”

Zərif: “Avropa İttifaqının Tehranda ofisinin açılması üçün danışıqlar gedir”
# 16 aprel 2016 14:08 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev – APA. “Avropa İttifaqının Tehranda ofisinin açılması ilə bağlı prosedurun həyata keçirilməsi haqqında danışıqlar apardıq”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə Tehranda keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

M. Zərif deyib ki, hazırda Aİ-nin Tehranda ofisinin açılması üçün danışıqlar gedir. O bildirib ki, fəaliyyətlərin birgə kompleks planında nəzərdə tutulan əməkdaşlıqlardan nüvə texnologiyalarının qeyri-hərbi sahəsində əməkdaşlığın inkişafı məsələsi də müzakirə olunacaq.

Nazir görüşdə insan haqları məsələsinin, habelə miqrantlarla bağlı problemlərin müzakirə edildiyini bildirib. O deyib ki, danışıqların yekununa dair müştərək bəyanat qəbul olunacaq.

“İranla Aİ arasında bu gün yeni səhifə açılıb. Ümid edirik ki, bu əməkdaşlığın nəticəsi dünyada sülh və sabitliyin yaranmasına kömək edəcək. Biz əminik ki, əməkdaşlıq ölkənin inkişafı və regionda böhranın aradan qaldırılması üçün faydalıdır”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR