Binali Yırdım: “Bakı-Tiflis-Qarsla birləşən dəmiryolu layihəsi şərqlə qərb arasında ticarət sahəsində bütün maneələri aradan qaldıracaq”

Binali Yırdım: “Bakı-Tiflis-Qarsla birləşən dəmiryolu layihəsi şərqlə qərb arasında ticarət sahəsində bütün maneələri aradan qaldıracaq”
# 21 oktyabr 2015 14:50 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Türkiyədə ümumi dəyəri 40 mlrd. dollar olan 10 böyük dəmiryolu layihəsi həyata keçiriləcək.

APA-Economics”in verdiyi xəbərə görə, bunu İzmirdə Xəzər Strateji İnstitutu (HASEN) tərəfindən təşkil edilən toplantıda Türkiyənin keçmiş nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binali Yıldırım deyib.

Onun sözlərinə görə, bununla bağlı noyabrın 15-də Çin və Türkiyə arasında müqavilə imzalanacaq. “Bu layihəyə Bakı-Tiflis-Qars dəmiryolu layihəsini və Xəzər dənizindəki dəniz daşımalarını, Türkmənistan- Qazaxıstan və Çinin qərbinə qədər uzanan dəmir yolları və avtomobil yollarını da daxil edəndə şərqlə qərb arasında ticarət sahəsində bütün maneələr aradan qalxacaq”, - deyə B. Yıldırım bildirib.

B. Yıldırım əlavə edib ki, artıq gələn il Bakı-Tiflis-Qars dəmir yolunda qatarlar hərəkət edəcək. “Bu layihənin reallaşmasının heç də asan olmadığını bilirəm. Biz bu layihəyə başlayanda buna inanmayanlar var idi. Nəticədə isə həqiqətən də asan olmadı. Dörd il bu layihə barədə müzakirə apardıq. Gürcüstanda 4-5 nazirlə görüşdük. Nəhayət başladıq. Gələn il isə oradan qatarları hərəkət etdirəcəyik”, - deyə keçmiş nazir deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR