Bakı. Hafiz Heydərov – APA. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Goranboya əməliyyat keçirilməsi barədə yayılan məlumatlara aydınlıq gətirilib.
DTX-nin ictimai əlaqələr şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, xidmət tərəfindən Goranboyda belə bir əməliyyat keçirilməyib.
Qeyd edək ki, bəzi KİV-də DTX tərəfindən Goranboy rayonunda əməliyyat keçirilməsi barədə məlumat yayılıb. Məlumata görə, əməliyyat nəticəsində dövlətin təbii sərvətlərini ələ keçirməyə cəhd edən bir neçə məmur saxlanılıb.