Martda dövlət xətti ilə ipoteka kreditləşməsi kəskin azalıb

Martda dövlət xətti ilə ipoteka kreditləşməsi kəskin azalıb
# 06 may 2016 08:11 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı il aprelin ayının 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 0,1 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 99,5% və ya 21,6 mln. manat azdır.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, cari ilin əvvəli ilə müqayisədə mart ayında Fondun vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 0,5 mln. manat və ya 83,3% azalıb.

2016-cı ilin martında dövlət büdcəsindən AİF-ə 11 mln. manat vəsait ayrılıb.

Cari ilin mart ayında AİF 5,4 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Martda fondun istiqrazları yerləşdirilməyib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu il aprelin 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 881,3 manat, orta müddəti 280 ay, orta faiz dərəcəsi 6,71%, aylıq ödəniş isə 296,9 manat təşkil edib.

Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 306 manat, orta müddəti 279 ay, orta faiz dərəcəsi 6,76%, aylıq ödəniş isə 297,2 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR