DGK sədri Qobustanda vətəndaşları qəbul edib

DGK sədri Qobustanda vətəndaşları qəbul edib
# 26 may 2016 10:26 (UTC +04:00)

Qobustan. Elvin Yaqubov - APA. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev mayın 26-da Qobustan rayonundakı Gənclər evində bölgə vətəndaşlarını qəbul edib.

APA-nın yerli bürosunun məlumatına görə, qəbulda komitə sədri Aydın Əliyev Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərinin müraciətlərini dinləyib.

Vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı A. Əliyev hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşıb, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Qəbulda qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilib, komitənin səlahiyyətlərinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR