Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Parisdəki terror hücumu ilə bağlı qətnamə qəbul edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Parisdəki terror hücumu ilə bağlı qətnamə qəbul edib
# 18 noyabr 2015 08:13 (UTC +04:00)

Bakı-APA. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Parisdə törədilən terror hadisələrinə dair qətnamə qəbul edib.

APA-nın xəbərinə görə, qətnamədə bildirilir ki, Fransanı sarsıdan qanlı hadisə Ərəb və Müsəlman dünyasındakı çoxlu sayda ölkəni böyük qorxu içində saxlayan dəhşətli hadisələrin davamıdır. Bu, bir daha sübut edib ki, terrorizm heç bir sərhəd tanımır və ona qarşı hər bir yerdə amansız mübarizə aparılmalıdır: “UNESCO-nun nizamnaməsində qeyd edildiyi kimi, sülhün təməli insanların şüurunda formalaşır. Qlobal terrorun fəlakətli nəticələrinə qarşı mübarizə üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi öz növbəsində cəmiyyətin yaşamalı olduğu bəşəri dəyərləri yorulmadan təbliğ etməkdə davam edəcək.

Biz zərərçəkmiş və günahkarın kimliyindən asılı olmayaraq, ekstremizm, zorakılıq və terrorizmə qarşıyıq. İnanırıq ki, cinsindən, dilindən, dinindən, irqindən və milliyətindən asılı olmayaraq, insanların düşüncələrini ədalət, ləyaqət və bərabərlik kimi anlayışlarla qidalandırmaq sonunda öz müsbət töhfəsini verəcək”.

Qətnaməyə aşağıdakı şəxslər imza atıblar:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri:

- Vaira Vike-Freiberga, Həm-Sədr, Latviyanın sabiq prezidenti

- İsmail Serageldin, Həm-Sədr, İsgəndəriyyə Kitabxanasının direktoru

- Boris Tadic, Serbiyanın sabiq prezidenti

- Olusegun Obasanjo, Nigeriyanın sabiq prezidenti

- Viktor Yuşşenko, Ukraynanın sabiq prezidenti

- Emil Constantinescu, Rumıniyanın sabiq prezidenti

- Petar Stoyanov, Bolqarıstanın sabiq prezidenti

- İvo Josopovic, Xorvatiyanın sabiq prezidenti

- Stepan Mesic, Xorvatiyanın sabiq prezidenti

- Rexhep Meidani, Albaniyanın sabiq prezidenti

- Valdis Zatlers, Latviyanın sabiq prezidenti

- Chandrika Kumaratunga, Şri Lankanın sabiq prezidenti

- Petru Lucinschi, Moldovanın sabiq prezidenti

- Zlatko Lagumdzija, Bosniya və Herseqovinanın sabiq baş naziri

- İveta Radicova, Slovakiyanın sabiq baş naziri

- Peter Medgyessy, Macarıstanın sabiq bas naziri

- Franko Frattini, İtaliyanın sabiq XİN və Avropa Komissarı

- Hikmet Çetin, Türkiyənin sabiq xarici işlər nazir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR