Nazir: “Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması mexanizminin və planının yaradılması zəruridir”

Nazir: “Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan  ərazilərindən çıxarılması mexanizminin və planının yaradılması zəruridir”
# 27 sentyabr 2015 08:27 (UTC +04:00)

Bakı – APA. “İnsidentlərin araşdırılması mexanizminin yaradılması o halda nəzərdən keçirilə bilər ki, bu, həmsədr ölkələrinin prezidentlərinin də qəbul etmədikləri mövcud status-kvonun saxlanmasına və işğala bəraət qazandırılmasına xidmət etməsin”.

APA-nın məlumatına görə, Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupu həmsədrlərinin sentyabrın 26-dakı açıqlamasını “AZƏRTAC”a şərh edərkən bildirib.

Nazir vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılması mexanizminin və planının yaradılması zəruridir.

“Qeyd edilən “insidentlərin” baş verməsinin səbəbi məhz Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalı və işğal olunmuş həmin ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin mövcudluğudur”, - deyə E. Məmmədyarov qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR