“Xalq Sığorta” I rübü 17 mln. manata yaxın zərərlə başa vurub

“Xalq Sığorta” I rübü 17 mln. manata yaxın zərərlə başa vurub
# 31 may 2016 15:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin aprelin 1-nə “Xalq Sığorta” şirkətinin aktivləri 51 mln. 581 min 738,19 manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 430,165 mln. manat və ya 0,83% azdır.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə “Xalq Sığorta”nın cəmi uzunmüddətli aktivləri 1 mln. 336 min 718,04 manat, cəmi qısamüddətli aktivləri isə 50 mln. 245 min 020,12 manat təşkil edib.

Məlumata əsasən, şirkətin cəmi öhdəlikləri 28 mln. 935 min 324,91 manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 2,3 dəfə çoxdur. Hesabat dövründə şirkətin cəmi uzunmüddətli öhdəlikləri 28 mln. 910 min 507,40 manat, cəmi qısamüddətli öhdəlikləri isə 24 min 817,25 manat təşkil edib.

Məlumata əsasən, bu ilin I rübündə şirkətin nizamnamə kapitalı dəyişməyərək 32 mln. 516 min manat olub. Şirkətin məcmu kapitalı isə 22 mln. 646 min 413,25 manat təşkil edib.

Şirkət I rübü 16 mln. 778 min 724,79 manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR