Haynts Fişer Azərbaycan prezidentini təbrik edib

Haynts Fişer Azərbaycan prezidentini təbrik edib
# 16 may 2016 16:03 (UTC +04:00)

Bakı – APA. Avstriya prezidenti Haynts Fişer Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, H. Fişerin məktubunda deyilir:

“Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram. Bu xoş fürsətdən istifadə edərək, sizə uğurlar, əmin-amanlıq diləyir, Azərbaycan xalqına isə xoşbəxt gələcək arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR