Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditləri kəskin azalıb

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditləri kəskin azalıb
# 13 iyun 2016 09:35 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı il may ayının 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 0,2 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 99,4% və ya 34,7 mln. manat azdır.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, mart ayı ilə müqayisədə apreldə Fondun vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 0,1 mln. manat və ya 2 dəfə artıb.

2016-cı ilin aprelində dövlət büdcəsindən AİF-ə 3,5 mln. manat vəsait ayrılıb.

Cari ilin aprel ayında AİF 3,5 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Apreldə fondun istiqrazları yerləşdirilməyib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu il mayın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 883,1 manat, orta müddəti 280 ay, orta faiz dərəcəsi 6,70%, aylıq ödəniş isə 296,7 manat təşkil edib.

Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 482 manat, orta müddəti 279 ay, orta faiz dərəcəsi 6,74%, aylıq ödəniş isə 297,6 manat təşkil edib.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR